Britaniya Moldovanı Rusiyadan qorumağın ən gözəl yolunu açıqlayıb

Britaniya Moldovanı Rusiyadan qorumağın  ən gözəl yolunu açıqlayıb backend

“Moldovanı Rusiyanın hücumundan qorumağın ən yaxşı yolu ona hərbi dəstək göndərmək deyil, Ukraynaya kömək etməkdir”.

Qaziler.az CNN-ə istinadla xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Moldovaya rəsmi səfəri zamanı mətbuat konfransında deyib.

“Biz qəti şəkildə inanırıq ki, Moldovanı fiziki hücumdan qorumağın ən yaxşı yollarından biri ukraynalılara Rusiyanın təcavüzündən qorunmaqda kömək etməkdir”, - britaniyalı nazir deyib.

O qeyd edib ki, Rusiyanın bədxah fəaliyyətinin pərdəarxası taktikasını Moldova və Gürcüstandan yaxşı başa düşənlər azdır: "Moskva onların demokratiyasını, suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar pozduğu halda, Böyük Britaniya da sakit oturmayacaq", - Kleverly əlavə edib.

QAZİLER.AZ

loading...
Diaspora