Moskvada Putinə görə otelin pəncərələrinə yaxınlaşmaq qadağan edildi

Moskvada Putinə görə otelin pəncərələrinə yaxınlaşmaq  qadağan edildi backend

Moskvadakı “Swissotel” otelinin müştəriləri martın 16-da saat 12:00-dan 17:00-a qədər otaqlarında pəncərələrə yaxınlaşmağı və pərdələri açmağı qadağan edən xəbərdarlıq tapıblar.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Rise” qəzeti məlumat paylaşıb. Qeyd edilib ki, otel rəhbərliyi bunu prezident Vladimir Putinin onların binası ilə üzbəüz yerləşən Musiqi Evinə səfəri ilə izah edib. Qonaqları bu cür məhdudiyyətlər qane etmirsə, administrasiyaməsələni  fərdi qaydada həll edir.

“Bu onunla bağlıdır ki, biz Musiqi Evində hökumət tədbiri keçiriləcək və təəssüf ki, martın 16-da saat 12-dən 17-yə kimi pəncərələri açmaq olmaz. Bu, qonaqların təhlükəsizliyi üçündür. Əgər qonaqlarımız kompensasiya ilə maraqlanırsa, biz hər şeyi fərdi qaydada həll edirik”, - administrasiyadan bildiriblər.

QAZİLER.AZ

Diaspora