Türkiyə suriyalı qaçqınları Yunanıstana buraxmadı

Türkiyə suriyalı qaçqınları Yunanıstana buraxmadı backend

Türkiyə suriyalı qaçqınların Yunanıstana keçməsinin qarşısını alıb. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.



Son iki gün ərzində 500-dən çox suriyalı qaçqın Türkiyənin Ədirnə vilayəti ilə sərhəddə toplaşıb. Onların niyyəti Yunanıstan ərazisinə keçməkdir.

Məlumata görə, həmin qaçqınlar Mardin vilayətinə göndəriləcək.