Florida ştatının Auburndale şəhərində səhər tezdən 20,000 qallonluq böyük bir tankerdən ammonyakın sızdığı aşkar edilib və “Coca-Cola” zavodunun bütün işçilər müəssisədən təxliyə edilib.
Qaziler.az RT-yə istinadla xəbər verir ki, daha sonra zavodun yaxınlığında yaşayan sakinlərdən evdən çölə çıxmamaları xahiş olunub.
Yanğınsöndürənlər sızıntını uğurla bağladıqdan bir neçə saat sonra qırmızı xəbərdarlıq ləğv edilib.
"Coca-Cola" şirkəti yaxınlıqda işləyən bir neçə işçinin göz və boğaz qıcıqlanması ilə xəstəxanaya çatdırıldığını açıqlayıb. Bundan başqa, xəsarət alanların olmadığı bildirilir.
QAZİLER.AZ