30 ildən sonra günahsız olduğu ortaya çıxdı

30 ildən sonra günahsız olduğu ortaya çıxdı backend

ABŞ-nin Florida ştatında 1988-ci ildə həbs olunan 57 yaşlı Sidney Holmesin 30 il həbsdə qaldıqdan sonra məsum olduğu üzə çıxıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, silahlı soyğunçuluğa görə həbs cəzasına məhkum edilən Holmes 400 il həbs cəzasına məhkum edilibmiş. O, 1988-ci ildə mağazalardan birinə silahlı hücum zamanı, soyğunçuluq edən qrupa sürücülük etdiyi iddiasıyla həbs edilib.

Uzun illərdir günahsız olduğunu desə də Holmesin 30 ildən sonra məsum olduğu orataya çıxıb. Belə ki, onun soyğunçularla əlaqəsinin olmasına dair heç bir sübut tapılmayıb.

30 ildən sonra azadlığa çıxan 57 yaşlı Holmesin uzun müddət günahsız həbs olunması ABŞ məhkəmə səlahiyyətlilərini çox təəccübləndirib.

QAZİLER.AZ

Diaspora