NASA Aya getmək üçün hazırlanan yeni geyimlərini təqdim etdi - FOTO

NASA Aya getmək üçün hazırlanan yeni geyimlərini təqdim etdi - FOTO backend

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Artemida missiyası çərçivəsində 2025-ci ilə qədər Aya, sonra isə Marsa astronavt göndərməyi planlaşdırır.

Bu çətin missiyada SpaceX, Blue Origin və Dynetics kimi kosmik şirkətlərdən dəstək alan NASA, "SLS" adlı öz raketi ilə səyahətləri təhlükəsiz etməyi hədəfləyir.

NASA həmçinin Aya insanla səyahət etmək üçün nəzərdə tutulmuş skafandrı təqdim edib.Yeni geyimlərdə kosmonavtlara Ayda elmi təcrübələrdə kömək edəcək və onların hərəkətliliyini artıracaq funksiyalar var.

Hazırda ABŞ astronavtlarının geyindiyi kosmik kostyumlar 1981-ci ilin dizaynına əsaslanır.

Əvvəlki kostyumlardan fərqli olaraq, bu yeni dizayn astronavtlara daha çox çeviklik vermək üçün tikişlərdən də istifadə edilib.

Dəbilqənin içərisində işıqlandırma və HD kamera da var. Bu yolla kosmonavtların Ayın səthindəki işi Yerdən yüksək dəqiqliklə izləniləcək.

Ayda istifadə olunacaq çəkmələr də Ayın daim qaranlıq olan səthinin dondurucu temperaturlarına tab gətirmək üçün nəzərdə tutulub.

Yeni kostyum üzərində təcrübələr bu il NASA-nın Conson Kosmik Mərkəzində davam etdiriləcək.

QAZİLER.AZ

Diaspora