Ostin Şoyquya: ABŞ uçuşlarını davam etdirəcək

Ostin Şoyquya:  ABŞ uçuşlarını davam etdirəcək backend

ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Onlar Rusiya qırıcısının Amerikaya məxsus dronla toqquşmasını müzakirə ediblər.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Ostin bu barədə virtual formatda baş tutan Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-10” adlandırılan) iclasından sonra keçirilən brifinqdə bildirib.

Ostinin rusiyalı həmkarına beynəlxalq qanunların icazə verdiyi hər yerdə ABŞ-nin uçmağa davam edəcəyini bəyan etdiyi bildirilir.

QAZİLER.AZ

Diaspora