“Zara” Rusiyaya qayıtmaq üçün şərtini açıqlayıb

“Zara” Rusiyaya qayıtmaq üçün şərtini açıqlayıb backend

Zara brendinin sahibi, dünyanın ən böyük geyim və ayaqqabı pərakəndə satış şirkətlərindən biri olan İspaniyanın “Inditex” qrupu ölkədə vəziyyətin dəyişəcəyi təqdirdə Rusiyaya qayıtmağa hazır olduğunu bildirib.

Qaziler.az-ın məlumatına görə, “Financial Times” yazır ki, şirkətin baş direktoru Oscar Garcia Maceiras bunun qısa müddətdə baş verməyəcəyini vurğulayıb. O əlavə edib ki, geri qaytarılacağı təqdirdə “Inditex” “Daher” françayzi kimi fəaliyyət göstərəcək.

“Əgər biz Rusiyadakı fəaliyyətimizi bərpa etmək qərarına gəlsək, çünki vəziyyət dəyişib, təbii ki, bunun qısa müddətdə baş verəcəyini düşünmürəm - biz “Daher Group”a köçürdüyümüz mağazalarla fəaliyyətimizi bərpa edə bilərik - Maceiras deyib.

QAZİLER.AZ

Diaspora