“ABŞ Qara dənizə düşən pilotsuz təyyarənin "həssas" proqram təminatını Rusiyanın əlinə keçməmiş uzaqdan silib”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə CNN jurnalisti Nataşa Bertrand adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadla bildirib. O, qeyd edib ki, ABŞ ordusu cihaz Qara dənizə düşməzdən əvvəl məlumatları silə bilib.
“ABŞ Rusiyanın məxfi məlumat toplamasının qarşısını almaq üçün “MQ-9 Reaper” pilotsuz təyyarəsi Qara dənizə düşməzdən əvvəl onun həssas proqram təminatını uzaqdan silib”, – Bertran “Twitter” səhifəsində yazıb.
QAZİLER.AZ