“Biz hazır olduğumuzu düşünürük, amma Türkiyənin qərarlarını yalnz Türkiyə verə bilər”.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu fikirləri almaniyalı həmkarı ilə bir araya gələn Skandinaviya ölkəsinin Baş naziri Ulf Kristersson mətbuat konfransında deyib. O, Türkiyənin seçkilərdən sonra ölkəsinin NATO-ya üzvlük müraciətini təsdiqləyəcəyini gözlədiklərini bildirib:
“Biz hazır olduğumuzu düşünürük, ancaq Türkiyənin qərarlarını yalnız Türkiyə verə bilər. Biz buna hörmət edirik. İsveç olaraq Finlandiya ilə birlikdə daxil olmaq istərdik. Biz də üzvlük üçün hazırıq. Türkiyədəki seçkilərdən sonra təsdiq gözləyirik”.
QAZİLER.AZ
