Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezident Bəşər Əsəd arasında görüş keçirilib.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.
Rusiya prezidenti həmçinin əlavə edib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7% artıb.
Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.