Tacikistanda “Alfa“ qrupunun komandiri və üç hərbçi həlak olub

Tacikistanda “Alfa“ qrupunun komandiri və üç hərbçi həlak olub backend

Tacikistanın güc strukturları general Abdulhalim Nazarzodun yaraqlıları ilə döyüşlərdə ağır itki verib. Ramit dərəsində keçirilən xüsusi əməliyyat zamanı "Alfa" qrupunun komandiri və hərbçilər həlak olub.


AZƏRTAC xəbər verir ki, döyüşlərdə hökumət qüvvələrinin dörd hərbçisi, o cümlədən xüsusi təyinatlı "Alfa" qrupunun komandiri polkovnik Rüstəm Amakiev həyatını itirib.

General Nazarzodun tərəfdarları ilə hərbçilər arasında toqquşma paytaxtdan 60 kilometr şərqdə gecə yarısı başlayıb və hazırda da davam edir.

Xatırladaq ki, sentyabrın 4-dən etibarən keçirilən əməliyyatların gedişində 22 yaraqlı öldürülüb, 120 nəfərdən çox qiyamçı həbs edilib. General Abdulhalim Nazarzoda və onun tərəfdarlarına qarşı əməliyyatlar Vaxdad şəhərində milis bölməsinə və Düşənbə şəhərində Müdafiə Nazirliyinin mərkəzi aparatına basqından sonra başlayıb. Bu hücumlar zamanı 9 polis əməkdaşı həlak olmuş, 6 nəfər isə yaralanmışdı.
Diaspora