Türkiyə vurulan dronu götürmək üçün ABŞ əsgərlərinə Bosfor boğazından keçməyə icazə verə bilər

Türkiyə vurulan dronu götürmək üçün ABŞ əsgərlərinə Bosfor boğazından keçməyə icazə verə bilər backend

Türkiyə Rusiya aviasiyası tərəfindən vurulan MQ-9 Reaper pilotsuz təyyarəsini ABŞ hərbçilərinin götürməsi üçün Bosfor boğazının "açılması" imkanını müzakirə edir.

Qaziler.az-ın məlumatına görə, RBC-Ukrayna Bloomberg-ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə vəziyyəti izləyir və eyni zamanda dialoq aparır.

"Bildiyiniz kimi, dünən belə bir hadisə baş verib... Hadisəni diqqətlə izləyirik. Bizim müxtəlif təmaslarımız var", - nazir bildirib.

Akar Türkiyənin hadisənin “ağılla həllinin” tərəfdarı olduğunu vurğulayıb.

QAZİLER.AZ

Diaspora