Türkiyə tezliklə Finlandiyanın NATO-ya üzvlük təklifini təsdiqləməyi planlaşdırır - Reuters

Türkiyə tezliklə Finlandiyanın NATO-ya üzvlük təklifini təsdiqləməyi planlaşdırır - Reuters backend

Türkiyə mayın 14-də ölkədə keçiriləcək parlament və prezident seçkiləri öncəsi Finlandiyanın NATO-ya üzvlük ərizəsini tezliklə təsdiqləmək niyyətindədir.

Qaziler.az bildirir ki, bu barədə Reuters xəbər verir.

Nəşrin məlumatına görə, iki türkiyəli məmurur bildirib ki, Türkiyə parlamenti, çox güman ki, aprelin ortalarına qədər Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edəcək. Lakin İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətinin təsdiqindən hələlik söhbət getmir.

Finlandiya prezidenti Sauli Niinistenin martın 16-da Türkiyəyə səfər edəcəyi və orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi də bildirilir. Liderlər xüsusilə NATO-ya üzvlük məsələsini müzakirə edəcəklər.

QAZİLER.AZ

Diaspora