İŞİD terrorçu qruplaşması İraqın paytaxtı Bağdadın 160 kilometr şimal-şərqində yerləşən Səlahəddin şəhərinə bağlı Tiqrit mahalında 120 gənci qaçırdığını bəyan edib.
Bu haqda Səlahəddin şəhərinin nümayəndəsi Mərvan Naci xəbər verib."İŞİD terror təşkilatı Tiqritdə etdiyi basqında əl-Abid və əl-Mesar tayfalarından 120 gənci qaçırıb", - deyə Mərvan Naci bildirib.
Naci İraq təhlükəsizlik güvvələrinə qaçırılan vətəndaşların IŞİD-in əlindən alınması üçün dərhal müdaxilə etməyə çağırış edildiyini bildirib.
Mərvan Naci IŞİD-in daha əvvəl Elbu Nemr və Elbu Fahd tayfalarında etdiyi kimi yeni bir qırğın törətməsindən narahatlıq keçirdiyini bildirib.