Macarıstan İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı səsverməni yenidən təxirə salmaq istəyib.
Macarıstanın Milli Assambleyasında (birpalatalı parlament) Finlandiya və İsveçin NATO-ya daxil olması məsələsi ilə bağlı səsvermənin yenidən təxirə salınması ehtimalı var.
Qaziler.az bildirir ki, bu barədə "Telex" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, belə bir qərar ölkə hökumətinin təklifi ilə verilə bilər. İnternet-nəşrin məlumatına görə, Macarıstanın baş nazirinin müavini Jolt Şemyen parlamentin martın 20-nə təyin edilmiş deputatların bu iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirəcəkləri iclasının təxirə salınmasını xahiş edib.
Siyasətçi sorğusunda Macarıstanın qanunun aliliyini pozmaqda ittiham olunduğu üçün Budapeştin hazırda Avropa Komissiyası (Aİ) ilə danışıqlara fokuslandığı üçün səsvermənin bir həftə təxirə salınmasının vacibliyinə diqqət çəkib. İndi bu tələb Macarıstan parlamentinin sədri tərəfindən təsdiqlənməlidir.
QAZİLER.AZ