Timsah dəstəmaz alan şəxsə hücum etdi

Timsah  dəstəmaz alan şəxsə hücum etdi backend

Malayziyada timsah dəstəmaz alan şəxsin əlini dişləyib

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Malayziyada timsah ibadət üçün bataqlıqda dəstəmaz alan kişinin əlini dişləyib. Bu barədə The New Straits Times məlumat yayıb.

61 yaşlı balıqçı Çe Man Zəkəriyyə axşam namazını qılmaq üçün bataqlıq suyu ilə  dəstəmaz almaq istəyib. Malayziyalı su götürmək üçün oturarkən qəfildən iki metrlik timsahın hücumuna məruz qalıb. Sürünən balıqçının sağ əlindən dişləyib. Zəkəriyyə bataqlığa düşüb. Kişinin dostları timsahın hücumunu görməyib və ondan niyə suya atıldığını soruşublar.

Balıqçını dişləyən timsah bataqlıqda gözdən itib. Zəkəriyyə əli qan içində motosikletlə hadisə yerindən beş kilometr aralıda yerləşən evinə gedib. Evdə yaxınları ona ilkin tibbi yardım göstəriblər. Bundan sonra malayziyalı xəstəxanaya gedib və orada yarasına 12 tikiş qoyulub.

On övladı olan kişi daha əvvəl ibadət etdiyi yerdə timsah gördüyünü, lakin bundan əvvəl sürünən ona toxunmadığını bildirib. “Məncə, burada daha iki-üç timsah yaşayır. Ola bilsin ki, onlar bura ötən ilin dekabrında daşqın zamanı çaydan gəliblər”, - deyə o ehtimal edib.

QAZİLER.AZ

 

Diaspora