Xəbər verildiyi kimi, Pakistanın keçmiş Baş naziri İmran Xanı həbs etmək üçün onun evinə gələn polis ilə Xanın tərəfdarları arasında qarşıdurmada baş verib, nəticədə 8 polis yaralanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, dünən İmran Xanın həbsinə dair iki order verildikdən sonra Xanın tərəfdarları küçələrə axışıb.
Xanı həbs etmək üçün yerli vaxtla saat 14:00 radələrində onun Lahordakı evinə gələn polislə nümayişçilər arasında toqquşma baş verib. Polis onlara daş atan qəzəbli kütləni dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.
QAZİLER.AZ videogörüntünü təqdim edir:





