Kəmərində tapança olan nazir çaşqınlıq yaratdı

Kəmərində tapança olan nazir çaşqınlıq yaratdı backend

Polşanın ədliyyə naziri Zbiqnev Zebro əklil qoyarkən onun kəmərinə tapança taxdığı məlum olub. O, bununla bağlı mübahisəli açıqlama verib.

Qaziler.az bildirir ki, bu barədə apnews.com məlumat yayıb.

Zebro Polşanın mərkəzində keçirilən mərasimdə əklil qoyarkən əsən külək onun “Glock” tapançasını gəzdirdiyini üzə çıxarıb.

Sosial mediada tənqidçilər qeyd ediblər ki, görünür, nazir dövlət xadimi kimi ona göstərilən müdafiədən əmin deyil. Lakin Zebronun müdafiəçiləri qeyd ediblər ki, Ədliyyə Departamentinin rəhbəri (o,eyni zamanda baş prokurordur) ölümlə hədələnib.

Zebro isə bildirib ki, onun silah gəzdirmək icazəsi var və həftə sonları poliqonda atış məşqi edir. Onun sözlərinə görə, silah onun yanında olub, çünki alternativ olaraq onu yalnız avtomobildə qoya bilər, buna isə icazə verilmir.

52 yaşlı Zebro, hakim sağçı koalisiyada olan kiçik "Həmrəy Polşa" partiyasına rəhbərlik edir və ölüm hökmünü dəstəkləmək də daxil olmaqla, sərt fikirlərə malikdir.

QAZİLER.AZ

 

 

Diaspora