Rusiya ölən hərbçilərin tanınmasını sadələşdirəcək

Rusiya ölən hərbçilərin tanınmasını sadələşdirəcək backend

“Hərbçilərin itkin düşmüş və ölmüş kimi tanınması proseduru sadələşdiriləcək və vaxtın uzanması baxımından əhəmiyyətli dərəcədə azalacaq”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, qanun layihəsi artıq Dövlət Dumasına təqdim olunub. Turçak bu təşəbbüsün tezliklə deputatlar tərəfindən bəyəniləcəyinə ümid etdiyini bildirib.

Senator izah edib ki, hərbi əməliyyatlarda döyüşçünün ölümünü standart şəkildə təsdiqləmək problemlidir. İtkin düşən əsgər və ya zabitin ölümünü təsdiqləmək üçün döyüş əməliyyatlarının başa çatmasından iki il keçməlidir. Turçak hesab edir ki, prosedurun belə formatı ölən hərbçilərin ailələrini uzun müddət ödənişsiz və sosial dəstəksiz qoya bilər.

QAZİLER.AZ

Diaspora