Angela Merkel səyahətə gedərkən təyyarədə görüntülənib - FOTO

Angela Merkel səyahətə gedərkən təyyarədə görüntülənib - FOTO backend

Almaniyanın keçmiş kansleri 68 yaşlı Angela Merkel 73 yaşlı əri Yoahim Sauerlə birlikdə İspaniyaya istirahətə gedərkən görüntülənib.

Qaziler.az Bild-ə istinadla xəbər verir ki, Merkel və həyat yoldaşı tətillərini Kanar adalarında keçirir.

Qeyd edilir ki, Merkel təyyarəyə bir neçə təhlükəsizlik işçilərinin müşayiəti ilə minib.

Merkel pencərə tərəfdə, yoldaşı da yanında əyləşib. Onları mühafizə edənlərin isə bir neçə qoltuq aralıda oturduğu bildirilir. Uçuş zamanı Merkelin planşetini açdığı, kəlimə oyunu oynadığı, özü ilə götürdüyü səndviç və qırmızı bibəri yediyi deyilir.

Keçmiş kansler Angela Merkel təqaüdə çıxmasına baxmayaraq, müdafiə olunmaq və işçi almaq haqqına sahibdir. Hazırda ofisində 9 işçisi var. Şəxsi səyahətlərinin pulunu özü ödəyən Merkelin pensiyası 15 min avro təşkil edir.

QAZİLER.AZ

Diaspora