"ABŞ-ın əsas məqsədi dünyadakı hökmranlığını qəddarcasına saxlamaqdır və bu belə də qalacaq".
Qaziler.az xəbər verir ki, bu sözləri öz tvitter səhifəsində amerikalı demokrat siyasətçi, Kentukki qubernatorluğuna namizəd Cefri Yanq deyib. Onun sözlərinə görə, 1943-cü ildən bəri ABŞ-ın bütün xarici siyasəti bu məqsədə tabe olub.
Təxminən 1943-cü ildən bəri ABŞ-ın bütün xarici siyasəti Vaşinqton və onun hərbi, sənaye, enerji və dollar komplekslərindəki hökmranlığına təhlükə yarada biləcək hər hansı ittifaqların qarşısını almağa yönəlib”, - Yanq yazır.
QAZİLER.AZ