Roma Papası Fransisk pontifikliyinin on illiyi şərəfinə Rusiya xalqına sülh arzulayıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, pontifik Moskvanı bütün xalqlarla sülh bağlamağa da çağırıb.
“Rus xalqına sülh arzulayıram. Bir il əvvəl Məryəmin ürəyini rus xalqına həsr etdim. Qoy o, bir ana kimi bütün millətlərlə sülh qursun. Sülh nemətdir, qəlblərdə əmin-amanlıqdır, cəmiyyətdə sülh, bütün dünyada sülh...”, - Fransisk deyib.
QAZİLER.AZ