“Lassa” qızdırmasından ölənlərin sayı 100-ü ötüb

“Lassa” qızdırmasından ölənlərin sayı 100-ü ötüb backend

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən “Lassa” qızdırması epidemiyasında bu il həyatını itirənlərin sayı 102-yə yüksəlib.

Qaziler.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən verilən açıqlamaya görə, yanvarın 1-dən etibarən Lassa epidemiyası ölkənin 22 əyalətinin 89 bölgəsində yayılmağa davam edir.

Bu müddət ərzində 676 yoluxma faktı aşkarlanıb və epidemiya nəticəsində həyatını itirənlərin sayı 102-yə çatıb.

Qeyd edilib ki, Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

Hər il quraq dövrün yaşandığı noyabr-may dövründə artan Lassa qızdırması epidemiyasında 2022-ci il yanvarın 1-dən noyabrın 20-dək 989 yoluxma aşkarlanıb, 178 nəfər isə ölüb.

Siçan nəcisi ilə təmas zamanı xəstəlik insandan insana keçə və ölümcül ola bilir. Odur ki, ölkənin səlahiyyətli qurumları əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaqla bağlı xəbərdarlıq edir.

QAZİLER.AZ

Diaspora