Rusiya "taxıl sazişi"nin müddətini uzatdı

Rusiya "taxıl sazişi"nin müddətini uzatdı backend

Rusiya “taxıl sazişi”inin daha 60 gün uzadılmasını təsdiqləyib.

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Türkiyənin vasitəçiliyi ilə imzalanan sazişin müddəti martın 18-nə kimi uzadılıb.  Beləliklə, məsələ ilə bağlı açıqlama verən Rusiya taxıl dəhlizi sazişinin daha 2 ay uzadıldığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfindən verilən açıqlamada sazişin davam edilməsi üçün şərt qoyulmuşdu. Qoyulan şərtdə Rusiya mövcud taxıl sazişinin davam etdirilməsi üçün Rusiya kənd təsərrüfatı və gübrə istehsalçılarının dünya bazarlarına maneəsiz çıxışının nəzərə alınmasını vurğulayıb.

QAZİLER.AZ

Diaspora