Almaniya Müdafiə Nazirliyində kiber ordu yaradılır

Almaniya Müdafiə Nazirliyində kiber ordu yaradılır backend

“Bundeswehr” kiber müharibə və hücumlara qarşı yeni struktur yaratmağı planlaşdırır.


AZƏRTAC xəbər verir ki, belə bir təşəbbüslə Almaniya müdafiə naziri Ursula von der Leyen çıxış edib.

Müdafiə naziri kiber bacarığa malik bölmələri bir hədəfdə birləşdirməyi qərara alıb. Yeni təşkilatın səlahiyyəti struktur baxımından “Bundeswehr”də mövcud olan ordu, aviasiya, donanma, sanitar xidmət və hərbi hissələrdən fərqlənməyəcək.

Xanım U.Leyenin qənaətinə görə, yeni plan müasir dövrdə artan kiber hücum və təhlükənin qarşısını almaq üçün son dərəcədə əhəmiyyət daşıyır. Güc nazirliyindən o da bildirilib ki, yaxın günlərdə müdafiə naziri tərəfindən təqdim ediləcək yeni islahat paketi “Bundeswehr”də əsaslı struktur dəyişikliyi yaratmayacaq.

Məlum olub ki, indiyədək Almaniya Müdafiə Nazirliyinin kiber strukturu mərkəzləşdirilmiş deyil, ayrı-ayrı bölmələrdə fəaliyyət göstərib.
Diaspora