Buna səbəb qiymət artımı olub
Çexiyanın paytaxtı Praqanın mərkəzində, Vatslas meydanında 10 min nəfərin iştirakı ilə mitinq keçirilib.
QAZİLER.AZ Axar.az -a istinadən verdiyi məlumata görə, mitinq keçirilməsinə Çexiyada qiymət artımı səbəb olub.
Etirazçılar qiymət artımını və inflyasiyanı dayandırmağı tələb ediblər. Eyni zamanda, nümayişçilər Ukrayna böhranının sülh yolu ilə həllinə və Çexiyadan Ukraynaya silah ötürülməsinə son qoymağa çağırıblar.