Kürd Fəhlə Partiyası (PKK) tərəfdarlarının Türkiyənin əsasən şərq və cənub-şərq bölgələrində hökumət qüvvələrinə qarşı terror aktları davam edir. Dinc əhali hücumlara məruz qalır.
Anadolu Agentliyinin məlumatına görə, ölkənin Mardin və Haqqari vilayətlərində PKK tərəfindən törədilən terrorlar nəticəsində 5 polis şəhid olub, ikisi yaralanıb. Terror aktları yola basdırılmış partlayıcılar vasitəsilə törədilib.Başqa bir məlumatda isə bildirilir ki, Muşun Suluca kəndi ərazisində hərbçiləri daşıyan maşının keçdiyi yolun PKK tərəfindən partladılması nəticəsində 12 əsgər yaralanıb.
Diyarbəkirdə isə hökumət qüvvələri tərəfindən camilərin birində PKK-ya məxsus böyük bir cəbbəxana aşkarlanıb.