Gürcüstandakı etirazlara Ukraynanın təsiri ilə bağlı açıqlama

Gürcüstandakı etirazlara Ukraynanın təsiri ilə bağlı açıqlama backend

“Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş Mixail Saakaşvilinin tərəfdarları Gürcüstanda mitinqlərin keçirilməsini qızışdırırlar”.

Qaziler.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” hakim “Gürcü arzusu” partiyasının liderlərindən biri, parlamentin vitse-spikeri Gia Volskovun jurnalistlərə verdiyi açıqlamaya istinadən yazır.

O, bildirib ki, keçmiş hərbçilər Gürcüstana gəncləri inqilabi ssenariyə sövq etmək üçün gəliblər.

“Yəqin ki, Ukraynadan Saakaşvili tərəfdarlarının, Milli Hərəkatın tərəfdarlarının müəyyən bir qrupunun gəldiyini deyə bilərik. Onlar gənclərin enerjisindən istifadə edərək, bu inqilabi prosesi gündəmdən çıxarmamağa çalışacaq döyüşçülərdir”, - Volskov bildirib.

O, həmçinin hesab edir ki, ölkədə “siyasi proseslərin inkişafına” mane olmağa çalışan müəyyən qrup var. O, xüsusilə, Vahid Milli Hərəkatın lideri Levan Xabeişviliyə işarə edib.

QAZİLER.AZ

Diaspora