“Rusiya Federasiyasının ayrı-ayrı simvolları müharibədən sonra nasist simvolları kimi qadağan edilməlidir”.
Qaziler.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak müsahibəsində deyib.
"Yeri gəlmişkən, müharibədən sonrakı dövrdə Rusiyanın bəzi simvollarının qadağan edilməsi barədə düşünmək lazım gələcək. Nasist simvolları kimi. Məncə, onlar qadağan edilməlidir", - Podolyak vurğulayıb.
Eyni zamanda qeyd edib ki, indi bu məsələnin vaxtı deyil. Onlarla ancaq Ukrayna 1991-ci il sərhədlərinə çatdıqdan və müharibə bitdikdən sonra məşğul olmaq olar.
QAZİLER.AZ