Sentyabrın 15-də axşam saatlarında Gürcüstanın Poti şəhərindəki dəmir yolu stansiyasında qəza baş verib.
“Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin məlumatına görə, özəl şirkətə məxsus teplovoz Poti-Tbilisi sərnişin qatarı ilə toqquşub. Teplovoz yol-hərəkət qaydalarını pozaraq gözlənilmədən xəttə çıxıb və sərnişin qatarına çırpılıb.
Hadisə zamanı sərnişin qatarı hərəkətsiz olub və stansiyada sərnişinləri qəbul edib. Qəza nəticəsində insan tələfatı olmasa da, çoxlu yaralananlar var. Xəsarət alanlar Poti şəhər xəstəxanasına çatdırılıblar.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, stansiyada təmir-bərpa işləri gedir.