Üç məşhur brend Rusiyada yeni adla fəaliyyətini bərpa edir

Üç məşhur brend Rusiyada yeni adla fəaliyyətini bərpa edir backend

Bir sıra dünya brendləri başqa adlar altında Rusiyaya qayıtmağa davam edir.

Qaziler.az xəbər verir ki,“Meduza”nın yaydığı məlumata görə “Zara”, “Bershka” və “Pull&Bear” geyim brendləri tezliklə Rusiyada öz fəaliyyətlərini davam etdirəcək. Lakin  bu markaların fərqli adları olacaq.

Belə ki, Rusiyada “Bershka” -  “Ecru”, “Pull&Bear” - DUB və “Zara" – “Maag” adlanacaq. Mənbənin sözlərinə görə, Rusiya Federasiyası ərazisində satışa çıxarılan geyimlər Türkiyə və Çində istehsal olunacaq.

Mağazalarının açılışı bu ilin aprel ayına planlaşdırılır. Açılış daha tez olmalı idi, lakin Türkiyə və Suriyada baş verən zəlzələ qrafikə dəyişikliyə səbəb olub.

QAZİLER.AZ

Diaspora