Belarusda ehtiyatda olan zabitlər hərbi xidmətə çağırılacaq

Belarusda ehtiyatda olan zabitlər hərbi xidmətə çağırılacaq backend

Belarusda ehtiyatda olan zabitlər hərbi xidmətə çağırılacaq.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat prezident Aleksandr Lukaşenkonun imzaladığı əmr dövlət başçısının saytında yer alıb. Sənəd 2023-cü ildə yaşı 27-dən aşağı olan 230-dək kişinin Silahlı Qüvvələrə, 20-dək şəxsin isə sərhəd xidmətinə çağırılmasını nəzərdə tutur.

“Belarus prezidenti Aleksandr Lukaşenko martın 10-da “Hərbi xidmətə ehtiyatda olan zabitlərin çağırışı haqqında” 66 saylı əmr imzalayıb. Əmrdə nəzərdə tutulmuş tədbirlər Belarus Respublikasının Silahlı Qüvvələri tərəfindən hər il planlı şəkildə həyata keçirilir”, Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, martın 9-da Lukaşenko Belarusda məmur dövlətə xəyanət edərsə, ölüm cəzasının tətbiqi haqqında fərman imzalayıb. Yeni qanuna əsasən, məmur tərəfindən dövlətə xəyanətə görə edam cəzası dövlət vəzifəsini tutan bütün şəxslərə şamil ediləcək.

QAZİLER.AZ

Diaspora