Rusiyada nə qədər kasıbın olduğu açıqlanıb

Rusiyada nə qədər kasıbın olduğu açıqlanıb backend

Rusiyada əhalinin 10,5%-i yoxsuldur ki, bu da 1990-cı illərin əvvəlindən bəri yoxsulluğun ən aşağı səviyyəsidir.

Qaziler.az xəbər verir ki, “Rosstat”ın yenilənmiş hesabatına əsasən, 15,3 milyon rusiyalının gəlirləri yoxsulluq həddindən aşağıdır, onlar ayda 13,545 rubldan az pul alırlar.

“2022-ci ildə gəlirləri yoxsulluq həddindən aşağı olan əhalinin sayı 15,3 milyon nəfər və ya ölkə əhalisinin 10,5%-ni təşkil edir. 2021-ci illə müqayisədə ölkədə yoxsulların xüsusi çəkisi 0,7 milyon nəfər azalaraq 16,0 milyon nəfərdən 15,3 milyon nəfərə və ya 0,5 faiz azalıb (2021-ci ildəki 11,0 faizdən 2022-ci ildə 10,5 faizədək)”, - “Rosstat”ın saytında deyilir.

QAZİLER.AZ

Diaspora