2015-ci ildə dünyada 28 milyon “Ultra HD” televizor satılacaq

2015-ci ildə dünyada 28 milyon “Ultra HD” televizor satılacaq backend

Bu il dünyada çoxu Çində olmaqla 28 milyon "Ultra HD” formatlı televizor satılacaq. Bu barədə “GfK” şirkətinin hesabatında deyilir.

Bazarın tədqiqi ilə məşğul olan şirkət nümayəndələrinin sözlərinə görə, Qərbi Avropada satılan hər onuncu televizordan biri "Ultra HD” formatını dəstəkləyəcək və gələcəkdə satış həcmi getdikcə daha da artacaq.

“2015-ci ilin iyununda satılan televizorların 10 faizi "Ultra HD” televizor olub və onların satışından əldə olunan gəlir rübün yekunları üzrə televizorların ümumi satışından gəlirlərdə kifayət qədər yüksək olub”, - şirkət nümayəndələri qeyd ediblər.

Həmçinin bildirilir ki, Avropada yeni televizorun orta diaqonalı 38 düym (97 sm) təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 31 düymə (79 sm) bərabər olub.

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “Ultra HD” və ya “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur.

“IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - "Mediasat” yazır.
Diaspora