Papa Fransisk müharibə başlayanda Putinlə görüşmək istəsə də...

Papa Fransisk müharibə başlayanda Putinlə görüşmək istəsə də... backend

Papa Fransisk Putinin yanına getmək istəsə də, Lavrov onun bu istəyini rədd edib.

Qaziler.az xarici KİV-ə istinadən xəbərinə görə, Pontifik qeyd edib ki, “bir imperiya üçün xalqları ikinci yerə qoymaq səciyyəvidir”.

Roma Papası Fransisk Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayanda Rusiya prezidenti Vladimir Putini ziyarət etmək istəyib. Vatican News xəbər verir ki, bu barədə pontifik özü müsahibələrinin birində deyib.

O, bunun üçün fevralın 25-də Rusiyanın Vatikandakı səfirliyinə gedib. Orada o, Putinin ona danışıqlar üçün razılıq verəcəyi təqdirdə Moskvaya gəlməyə hazır olduğunu bildirib. Lakin bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Roma Papasına belə cavab verib: “Sağ olun, amma indi vaxtı deyil”.

"Putin bilir ki, mən hazıram. Amma təkcə Rusiya deyil, digər imperiyaların da imperiya maraqları var. Xalqları ikinci yerə qoymaq imperiya üçün xarakterikdir", - pontifik bildirib.

QAZİLER.AZ

 

Diaspora