Suriya ordusu hücuma keçdi

Suriya ordusu hücuma keçdi backend

Suriya hökumət qoşunları Hizbullah qrupunun dəstəyi ilə yanvarın 17-də Hələb ətrafındakı bir neçə kəndi ələ keçirib.

Bu haqda Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb.

Verilən məlumata görə hökumət qoşunları bu kəndləri nəzarətə götürməklə yaraqlıların Hələblə Türkiyə arasındakı əsas təhcizat yolunu bağlayıb.

Döyüşlərdə 18 yaraqlı və bir neçə əsgər ölüb.

BMT-nin elçisi Staffan de Mistura fevralın 17-də BMT-nin təhlükəsialik şurasında Hələbdə barışıq təklifi ilə bağlı ötən həftə Dəməşqdə Suriya prezidenti Bashar Assadla apardığı danışıqların nəticəsi barədə məlumat verməlidir.
Diaspora