Moldovanın baş naziri Dorin Reçan Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizəsinin öz ölkəsinin, eləcə də bütün Avropanın müdafiəsi ilə əlaqəli olduğunu vurğulayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna yerli realitatea.md nəşrinə istinadən xəbər verir.
"Biz Ukraynaya və ukraynalılara öz vətənlərini, bizi və bütün Avropanı qoruduqlarına görə təşəkkür etməliyik", - Reçan deyib.
Həmçinin, baş nazirin fikrincə, Moldova hava hücumundan müdafiə imkanlarını gücləndirməlidir.
QAZİLER.AZ