Rumıniya Amerikanın "Abrams" tanklarını almağı planlaşdırır.
Qaziler.az xarici KİV-ə istinadən bildirir ki, beləliklə, bu ölkə Polşadan sonra sözügedən tankları ABŞ-dan almağa qərar verən Avropada ikinci ola bilər. Bu barədə Defence News yazır.
Rumıniya Müdafiə Nazirliyinin silahlanma idarəsinin rəisi, general-mayor Teodor İncikasın sözlərinə görə, ölkə parlamentinə müvafiq sorğunun göndərilməsi planlaşdırılır. Hərbçinin sözlərinə görə, Amerika tankları Rumıniya ordusunun Baş Qərargahı tərəfindən seçilib.
QAZİLER.AZ