Hindistanda balıqçı qayığının ekipaj üzvləri Benqal körfəzində pəncəsinə kamera və mikrofon bərkidilmiş göyərçin tutublar.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, Paradipa polisinin sözçüsü Nimay Çaran Setxinin sözlərinə görə, quşun qanadları naməlum dildə yazılıb.
“Həqiqəti öyrənmək üçün göyərçini bütün materiallarla birlikdə kibertəhlükəsizlik üzrə mütəxəssisə təqdim edəcəyik”, - Setxi bildirib.
Nəşrin iddiasına görə, dövlət məhkəmə-tibbi ekspertiza laboratoriyası göyərçinin pəncəsində tapılan texniki vasitələri tədqiq edəcək. Quşun qanadlarındakı yazıların deşifrə edilməsi üçün mütəxəssislər də cəlb olunacaq.
Göyərçin tutan balıqçılardan biri bildirib ki, onlar "casus"u qayıq Odişa sahillərindən təxminən 35 kilometr aralıda lövbərdə olarkən görüblər.
QAZİLER.AZ