Şimali Koreya Sarı dənizə doğru qısa mənzilli ballistik raket buraxıb.
Qaziler.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Raketin buraxılışı yerli vaxtla təxminən 18:20-də (Moskva vaxtı ilə 12:20) Nampxo şəhəri ərazisindən qeydə alınıb.
“Biz nəzarəti və sayıqlığı artıraraq Birləşmiş Ştatlarla sıx əməkdaşlıq etməyə tam hazırıq”, məlumatda qeyd edilib.
QAZİLER.AZ