Məkkədə baş vermiş insidentdə İranın Kosmik Tədqiqatlar İnstitutunun alimi ölüb

Məkkədə baş vermiş insidentdə İranın Kosmik Tədqiqatlar İnstitutunun alimi ölüb backend

Məkkədə baş vermiş insidentdə həlak olanlardan biri İranın Kosmik Tədqiqatlar İnstitutunun görkəmli alimlərindən doktor Əhməd Hatəmidir. Trend-in məlumatına görə, bu barədə ana.ir xəbər saytı məlumat verib.

Məlumata əsasən, İran Kosmik Tədqiqatlar İnstitutu bəyanat yayaraq sentyabrın 11-də Məkkədə "Məscidül-Həram"da kranın aşması nəticəsində baş vermiş dağıntı zamanı həlak olan şəxslər xüsusi ilə doktor Əhməd Hatəminin vəfatı ilə bağlı başsağlığı verib.

55 yaşlı Ə.Hatəmi İran Kosmik Tədqiqatlar İnstitutunda kosmik daşıma sistemləri üzrə mütəxəssis işləyib. O Britaniyada mexanika ixtisası üzrə təhsil alıb və Tətbiqi Mexanika Mekatronik Mühəndisliyi üzrə doktranturanı bitirib.

İran saytlarının məlumatına görə, Ə.Hatəmi İranın kosmik sahədə bir neçə milli layihələrinin idarəetməsini həyata keçirib.

Qeyd edək ki, sentyabrın 11-də Məkkədə "Məscidül-Həram"da kranın aşması nəticəsində baş vermiş dağıntı zamanı 11 iranlı zəvvar həlak olub.
Diaspora