Tbilisidə iğtişaşlar səngimir: Ölkədə həbslər başlayıb – FOTO/VİDEO

Tbilisidə iğtişaşlar səngimir:  Ölkədə həbslər başlayıb –  FOTO/VİDEO backend

Gürcüstanda xüsusi təyinatlı qüvvələr Tbilisidə etirazçıları parlament binasının qarşısından su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək tamamilə dağıdıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqan binasının darvazalarına yaxınlaşıblar. Təhlükəsizlik qüvvələri etirazçıları qovmaq üçün parlamentin həyətindən su buraxıb.

Xüsusi təyinatlılar iki istiqamətdən – “Azadlıq” meydanı və “9 aprel” küçəsindən irəliləyərək gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə ediblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları səsgücləndirici vasitəsilə etirazçılardan dağılışmağı tələb ediblər. Bir müddət sonra xüsusi təyinatlılar etirazçıları parlamentin qarşısındakı meydandan tamamilə dağıda biliblər.

İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Polis həbslərə başlayıb, lakin bu, hələ ki, geniş miqyas almayıb.

 

*****

00:07

Xüsusi təyinatlılar Tbilisidə parlament binası qarşısındakı etiraz aksiyasını tamamilə dağıdıblar.

Etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqan binasının darvazalarına yaxınlaşıblar.

Təhlükəsizlik qüvvələri etirazçıları qovmaq üçün parlamentin həyətindən onların üzərinə su buraxıblar.

Həmçinin, Xüsusi Təyinatlı Qüvvələr gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə ediblər.

Bir müddət sonra onlar etirazçıları parlamentin qarşısındakı meydandan tamamilə dağıda biliblər.

 

*****

23:40

Gürcüstan müxalifətinin fəalları milli parlamentin binasını mühasirəyə alıblar.

Onlar binanın şüşələrini sındırıb, parlamentin yaxınlığındakı hasarları söküblər.

Hadisə yerində Gürcüstan polisinin xüsusi təyinatlıları var və onlar etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edirlər.

Müxalifət fəalları isə qoruyucu maskalar və xüsusi qaz maskaları taxırlar.

Xatırladaq ki, müxalifət xarici agentlər haqqında qanunun qəbuluna qarşıdır. Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də dəstək verib.

Diaspora