Zərgərlik mağazasını qarət edən "qocalar"ın gənc qardaşlar olduğu ortaya çıxdı

Zərgərlik mağazasını qarət edən "qocalar"ın gənc qardaşlar olduğu ortaya çıxdı backend

Qoca qiyafəsi geyinərək quldurluq edən qardaşlar həbs olunublar.

Böyük Britaniyada zərgərlik mağazasını qarət etdikləri üçün axtarışda olan yaşlı cinayətkarların qiyafəli gənc qardaşlar olduğu ortaya çıxıb.

Qaziler.az bildirir ki, Sky News-un məlumatına görə, həmin şəxslər polisin avtomobillərinin yük yerindən real lateks maskalar tapmasından sonra həbs ediliblər.

Kamera görüntülərində 27 sentyabr 2021-ci ildə iki "yaşlı" kişi Esseks ştatının Epping şəhərində bir mağazanın qarşısına gələrək işçiləri bıçaq və balta ilə hədələyərək içəri daxil olublar. Hər ikisinin dərin ləkələrlə örtülü başı, boz saçları və qırışları var idi, üzləri tibbi maskalarla gizlədilibmiş. Təcavüzkarlar əlcəklər və uzun yağış paltarları geyiniblər. Esseks polisi bildirib ki, oğurluğu törədən cinayətkarları qocalardan ayırmaq mümkün deyil.

Maskaların üzərində qalan tüpürcəyi təhlil edən məhkəmə-tibb ekspertləri DNT-nin Merfi-Bristou və onun böyük qardaşı, 37 yaşlı Benjamin Merfiyə aid olduğunu müəyyən ediblər.

Üç günlük məhkəmə prosesindən sonra qardaşlar soyğunçuluq və qeyri-qanuni kəsici-deşici silah saxlamaqda təqsirli biliniblər. Benjamin Merfi 18 il, Corc Merfi-Bristou isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qardaşlar cinayətdə iştirakı inkar edirlər.

QAZİLER.AZ

 

Diaspora