Əsirlikdən qayıdan rus əsgərlərinin VİDEOSU yayılıb

Əsirlikdən qayıdan rus əsgərlərinin  VİDEOSU yayılıb backend

Əsirlikdən azad edilmiş rusiyalı hərbçilərin videosu yayımlanıb. Döyüşçülər Ukrayna tərəfi ilə aparılan danışıqlar prosesinin nəticələrindən sonra vətənə qayıdıblar.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi martın 7-də 90 rus əsgərinin əsirlikdən geri qaytarıldığını bildirib.

Videoda əsirlikdən qayıdan əsgərlərin avtobusda əyləşərək təcili yardım həkimləri tərəfindən necə müayinə olunduğu əks olunub. Onlar telefonla da təmin olunublar ki, evdəki qohumlarına zəng edə bilsinlər.

Nazirlik azad edilən hərbçilərin müalicə üçün Moskvaya aparılacağını bildirib.

QAZİLER.AZ

Diaspora