Kadırovun atı Çexiyada oğurlanıb

Kadırovun atı Çexiyada oğurlanıb backend

Ramzan Kadırov və Mərkəzi Moskva İppodromunun 175-ci ildönümü şərəfinə mükafat qazanan Hindistanlı Ceymson adlı ayğır oğurlanıb.

Qaziler.az xəbər verir ki, “České noviny”nin məlumatına görə, Litomerjiçedə Çexiya “Roudnice nad Labem” yaxınlığındakı tövlədən təxminən 400 min kron dəyərində at oğurlanıb. Maliyyə Nazirliyinin sözçüsü Mikaela Laqronova ayğırın Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus olduğunu təsdiqləyib.

Naməlum cinayətkar tövlədən təxminən 400.000 kron dəyərində olan damazlıq ingilis atını oğurlayıb. Polisin sözçüsü Pavla Kofrovanın sözlərinə görə, at Krabçitsidəki tövlədə olub”, xəbərdə deyilir.

Atın adı Zazoudur. Onun 16 yaşı var. Polis xüsusi əlamətləri arasından atın alnında ağ ulduzun olduğunu və sağ arxa ayağının baldır oynağının altındakı hissəsinin də ağ olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora