Kreml: Vaşinqton bu müharibənin bitməsini İSTƏMİR

Kreml: Vaşinqton bu müharibənin bitməsini  İSTƏMİR backend

"Vaşinqton bu müharibənin bitməsini istəmir".

Qziler.az xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Ukrayna ilə davam edən müharibə ilə bağlı suallarını cavablandırarkən deyib. O, Ukrayna məsələsinin həllində sülh yoluna keçid üçün lazımi şəraitin yaradılmadığını vurğulayıb.

Çinin Ukrayna probleminin həlli ilə bağlı Rusiyaya təqdim etdiyi planla bağlı sualı cavablandıran Peskov çinli həmkarlarının fikirlərinə önəm verdiklərini bildirib.

Ukraynada başlatdıqları xüsusi hərbi əməliyyatın davam etdiyini vurğulayan Peskov, "Belə olan halda, sülh yoluna keçid üçün lazımi şərait yaradılmayıb. Ona görə də Rusiya hərbi əməliyyatları davam etdirməklə öz məqsədlərinə çatmağa çalışır” deyib.

Ukraynadakı müharibənin arxasında ABŞ-ın olduğuna diqqət çəkən Peskov, "Vaşinqton bu müharibənin bitməsini istəmir. Vaşinqton bu müharibəni davam etdirmək üçün əlindən gələni edəcək" ifadəsini işlədib.

QAZİLER.AZ

loading...
Diaspora