Pekin administrasiyası ABŞ-a mümkün münaqişə barədə xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, Çinin xarici işlər naziri Qin Gang deyib ki, Birləşmiş Ştatlar yanaşmasını dəyişməsə, hər iki ölkə “qaçılmaz münaqişəyə” doğru gedir.
Jurnalistlərə açıqlama verən Qin ölkəsinin Rusiya ilə əlaqələrini gücləndirdiyini yüksək qiymətləndirib və deyib:
"Əgər ABŞ səhv yolda əyləc tutmasa və sürəti azaltmasa, relsdən çıxmağın qarşısını ala bilməz və münaqişə qaçılmaz olacaq".
Nazir Qin Ukraynadakı müharibə fonunda Qərbin yaxından izlədiyi Çin və Rusiya arasındakı “dostluğu” müdafiə edib. O, iki ölkə arasındakı əlaqələrin qlobal xarici münasibətlər üçün nümunə olacağını söyləyib.
Qeyd edək ki, Pekin Rusiya-Ukrayna müharibəsində vasitəçi kimi mövqe tutmaq istəyir. Bu çərçivədə hər iki ölkəyə 12 maddəlik atəşkəs təklifi təqdim edilib.
QAZİLER.AZ