Demokratlar Partiyasının nümayəndələri ABŞ Senatında respublikaçıların İranla nüvə razılaşmasına qarşı olan qətnaməni növbəti dəfə bloklayıblar.
APA-nın verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.
Respublikaçılar Partiyasının lideri duskussiyanın davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl sentyabrın 10-da da demokratlar Senatda İranla razılaşmanın əleyhinə olan qətnaməni bloklayıblar.
Növbəti müzakirə sentyabrın 17-nə təyin edilib.