Braziliyanın məşhur seriya qatili öldürülüb - FOTO

Braziliyanın məşhur seriya qatili öldürülüb - FOTO backend

Braziliyanın pis adına görə şöhrət qazanmış seriya qatillərindən biri olan 68 yaşlı Pedro Rodriques Filho silahlı hücuma məruz qalıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, iki şəxs “Pedrinho Matador” və ya “Balaca qatil Pedro” kimi tanınaq Filhoya evinin qarşısında dəfələrlə atəş açıb.

Polis hadisə yerində dünyasını dəyişən Filhonun qatillərini yaxalamaq üçün axtarışa başlayıb. Səlahiyyətlilər cinayətin intiqam məqsədi ilə törədilməsindən şübhələnirlər.

İlk dəfə 1973-cü ildə həbs olunan və 2007-ci ildə azadlığa çıxan Filho daha sonra 2 dəfə də həbs cəzası alıb.

Filho 71 qətldə təqsirli bilinib və ümumilikdə 42 il həbs cəzası çəkdikdən sonra 2017-ci ildə azad edilib. Filho öz atası da daxil olmaqla sağlığında 100-dən çox insanı öldürdüyünü iddia etsə də, "Mən canavar deyiləm" adlı avtobioqrafiyasını dərc etdirib.

QAZİLER.AZ

Diaspora